Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

Türkiyə ilk yerli kommunikasiya peykini kosmosa buraxacaq.

Anadolu xəbər verir ki, bunu ölkənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

O bildirib ki, “Türksat 6A” peykinin istehsalı və sınaqları Türkiyənin Kosmik Sistemlərin İnteqrasiya və Sınaq Mərkəzində aparılır.

Nazirin sözlərinə görə, sınaq müddətinin 2022-ci ilədək davam edəcəyi gözlənilir.

Peykin buraxılışının 2023-cü ilin ilk rübündə baş tutması planlaşdırılır. A.Karaismailoğlu “Türksat 6A”nın “SpaceX” şirkəti tərfindən buraxılacağını bildirib.

Faktxeber

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + eleven =