Türkiyə-İran məsləhətləşmələri keçiriləcək
Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim yanvarın 15-i İrana səfər edəcək.
Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində o, Türkiyə-İran 19-cu Konsulluq Məsləhətləşmələri iclasınsa iştirak edəcək.
Məsləhətləşmələr zamanı iki ölkənin konsulluq əlaqələrinin gündəliyində duran məsələlər və vətəndaşlarla sıx bağlı olan məsələlər, o cümlədən qarşıdakı dövrdə atılacaq addımlar müzakirə olunacaq.
Apa.az