Türkiyə, İran və Rusiyanın birgə bəyanatında İsrailin Suriyaya hücumları pislənilib

Türkiyə, İran və Rusiyanın birgə bəyanatında İsrailin Suriyaya hücumları pislənilib

Suriya böhranının həlli üçün qurulan Astana danışıqlarının təzminatçısı olan Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Nursultanda 17-ci dəfə bir araya gəliblər. Tərəflər yekun bəyanat veriblər.

SalamNews xəbər verir ki, Türkiyə, Rusiya və İranın nümayəndə heyətləri Qazaxıstanın paytaxtı Nursultanda 17-ci görüşlərinin sonunda yekun bəyanat veriblər.

Bəyanatda İsrailin Suriyaya hücumları pislənilib.

Həmçinin bu bəyanatda Suriyanın ərazi bütövlüyü, suverenliyi, Dəra və Dirazzur əyalətlərində silahların təhvil verilməsi və sair cari proseslər barədə mühüm məqamlar yer alıb.

İdlibdə atəşkəsin qorunması, ölkədə terrora qarşı mübarizə sahəsində əməkdaşlıq, humanitar yardımların çatdırılması, ölkə konstitusiyasının yazılması üzrə komissiyanın işinin davam etdirilməsi, münaqişənin beynəlxaq qərarlar fonunda siyasi həlli və sair məsələlər bəyanatın əsas müddəalarından olub.

Suriya ilə bağlı Astana danışıqları 2017-ci ildə Türkiyə, Rusiya və İranın təzminatı ilə Suriya böhranının həllinə nail olmaq məqsədilə başladılıb.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 3 =