Türkiyə məhkəməsi Sedat Pekerin həbsinə order verib
Ankara İkinci Sülh Cəza Məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma rəhbəri Sedat Pekerin həbsinə order verib.
Pekər ölkənin Daxili İşlər naziri Süleyman Soylu ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Soylu ona “təhqir və böhtan” atılması səbəbi ilə Baş Prokurorluğa müraciət edərək, cinayət işi açılmasını istəyib.
Nazir, Pekerin onunla bağlı bütün iddialarının araşdırılmasını tələb edib.
Bununla bağlı hərəkətə keçən Ankara prokurorluğu Pekerin həbsinə order verilməsini tələb edirdi.
Qeyd edək ki, S.Peker beynəlxalq axtarışa verilib.
O, Kosova, Makedoniya və Mərakeşdə yaşayıb. Hazırda onun BƏƏ-də yaşadığı iddia edilir.
Sedat Peker yayımladığı videomüraciətlərdə daxili işlər naziri Soylu, sonuncu baş nazir Binali Yıldırım və oğlu, keçmiş Maliyyə naziri Berat Albayrak, onun qardaşı iş adamı Serhat Albayrak, keçmiş polis rəisi Mehmet Ağar və digər rəsmi şəxslər haqqında səsləndirdiyi qalmaqallı iddialar ölkə gündəmini zəbt edib.
Salamnews