Türkiyə mərakeşli qadını Ərdoğanı təhqir etdiyi üçün saxlayıb
Türkiyə təhlükəsizlik qüvvələri Mərakeşdən olan qadın turisti ölkəni təhqir etməkdə ittiham edərək həbs edib.
Bu gün (bazar ertəsi) Ankara təhlükəsizlik orqanları mərakeşli turist qadını Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham edərək həbs edib.
“Russia Today”-in yerli mənbələrə istinadən verdiyi məlumata görə, mərakeşli turist Türkiyənin cənub-qərbindəki Aydın şəhərinin Camiyi Kebir küçəsinə səfəri zamanı Türkiyəni “terror ölkəsi” adlandırıb və Ərdoğanı təhqir edib.
Yerli mənbələrdən verilən məlumata görə, Aydın şəhərində ticarət mağazalarının sahibləri bu ərazidəki polis qüvvələrinə məlumat veriblər. Onlar da dərhal hadisə yerinə gəlib və mərakeşli qadını həbs ediblər.
Türkiyədə hər il minlərlə insan Türkiyəni və Ərdoğanı təhqir etdiyi üçün həbs edilir. Bundan başqa, onlarla xarici səyahətçi və turist də eyni ittihamla Türkiyə həbsxanalarında saxlanılır.
Bu yaxınlarda Türkiyənin müxalif mətbuatı olan “Zaman” qəzeti yazıb ki, Türkiyə hökuməti 2014-2020-ci illər arasında ölkəni və Prezidentini təhqir edən 40 minə yaxın adamı həbs edib.