Türkiyə ordusu İraqda ümumilikdə 76 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraqda ümumilikdə 76 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK-nın daha 3 terrorçusunu zərərsizləşdirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da öldürülən silahlıların sayı 76-ya çatıb.

İraqın 3 bölgəsində aprelin 18-dən bugünədək “Pençe Kilit” antiterror əməliyyatı çərçivəsində terrorçuların hədəflərinə artilleriya zərbələri endirilib.

Milli Müdafiə Nazirliyi Türkiyə sərhədi yaxınlığında terror təhlükəsinin aradan qaldırılması üzrə əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 18 =