Türkiyə ordusundan qisas əməliyyatı – 20 terrorçu məhv edildi

Türkiyə ordusundan qisas əməliyyatı – 20 terrorçu məhv edildi

Türkiyə ordusu son 2 gündə 20 terrorçunu məhv edib.

Publika.az xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir qeyd edib ki, İraqın şimalındakı Avaşin-Basyan bölgəsində Türkiyə ordusunun 3 əsgərini öldürən terrorçular da daxil olmaqla, dünən 6, bu gün 14 nəfər olmaqla, ümumilikdə 20 terrorçu zərərsizləşdirilib.

Hulusi Akarın sözlərinə görə, 2015-ci ildən İraq və Suriyada ümumilikdə 33 100 terrorçu, bu ilin əvvəlindən isə 2 619 terrorçu zərərsizləşdirilib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × five =