Türkiyə Prezidenti dünya müsəlmanlarını birgə mübarizəyə çağırıb

Malazgirt zəfəri bütün müsəlmanların qələbəsidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 953-cü ildönümü ilə bağlı çıxışında deyib.
O bildirib ki, Malazgirt müharibəsində türklərlə yanaşı, digər müsəlmanlar da iştirak ediblər: “Biz bütün müsəlmanlar olaraq, indi də təhdidlərə qarşı birgə mübarizə aparacağıq. Bizim aramızı vurmaq istəyənlərə imkan verməyəcəyik”.
Ərdoğan söyləyib ki, tarixi əzbərləmək yox, ondan dərs çıxarmaq lazımdır.