Türkiyə Prezidenti: Qəzzada davamlı atəşkəs üçün ABŞ-ın İsrailə təzyiqi olmalıdır

İsrail hələ də Qəzzada davamlı atəşkəsi qəbul etməyib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, bunun baş verməsi üçün ABŞ-ın təzyiqi olmalıdır.
Ərdoğan Türkiyə Xarici İşlər Nazirliyinin Qəzza sakinləri üçün humanitar yardımla bağlı Qərb, Fələstin və İsrail tərəfi ilə ara-sıra danışıqlar apardığını əlavə edib.