Türkiyə qoşunlarını Suriyadan çıxardır – Moskva görüşünün detalları

Türkiyə qoşunlarını Suriyadan çıxardır – Moskva görüşünün detalları

Publika.az xəbər verir ki, danışıqlarda Suriyanın şimalındakı M4 avtomobil yolu ilə bağlı 2020-ci il sazişinin icrası da müzakirə olunub və Türkiyə qoşunlarının Suriya ərazisindən çıxarılması haqda razılıq əldə edilib.

Bu barədə Suriyanın “Əl-Vətən” qəzeti Dəməşqdəki mənbələrə istinadən məlumat yayıb.

Mənbənin qəzetə verdiyi məlumata görə, Türkiyə qoşunlarının Suriya ərazisindən tamamilə çıxarılması üçün razılıq əldə olunub. Nəşrin məlumatına görə, görüş iştirakçıları Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Türkiyə və Suriya üçün ən böyük təhlükə olduğu da vurğulanıb.

Daha əvvəl Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya, Suriya və Türkiyə hərbi idarələrinin rəhbərləri Moskvada üçtərəfli danışıqlar aparıb, Suriya böhranının həlli yollarını müzakirə ediblər.

Nazirlikdən bildirilib ki, görüşdən sonra tərəflər bu formatda keçirilən dialoqun konstruktiv xarakterini, Suriyada və bütövlükdə regionda vəziyyətin daha da sabitləşdirilməsi maraqları naminə onun davam etdirilməsinin zəruriliyini qeyd ediblər.

Qeyd edək ki, son 11 ildə Türkiyə və Suriya rəsmiləri ilk dəfə görüşürdülər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 12 =