Türkiyə Rusiya ilə kosmik sənayedə əməkdaşlıq haqqında müqavilə imzalaya bilər
Türkiyə yaxın gələcəkdə Rusiya ilə kosmik sektorda əməkdaşlıq haqqında müqavilə imzalaya bilər. Bu barədə Türkiyənin Kosmik Agentliyinin rəhbəri Serdar Hüseyn Yıldırım açıqlama verib.
“Məqsədlərimizə uyğun olaraq müəyyənləşdirdiyimiz ölkələrlə və beynəlxalq təşkilatlarla ikitərəfli əlaqələr qururuq. Artıq Rusiya da daxil olmaqla müxtəlif ölkələrlə yaxın gələcəkdə əməkdaşlıq üçün müqavilələr imzalamağı planlaşdırırıq”, Yıldırım bildirib.
Onun sözlərinə görə, kosmik tədqiqat yüksək texnologiyalar tələb edən çox çətin və bahalı bir işdir, bu səbəbdən beynəlxalq əməkdaşlıq bu sahədə çox vacibdir:
“Məqsədimiz beynəlxalq səviyyədə qonşularımız olan regional tərəfdaşlarla güclü ortaqlıq qurmaqdır. Hesab edirik ki, qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanan güclü ortaqlıqlar qura bilsək çox daha sürətli irəliləyə bilərik”.
SalamNews