Türkiyə Suriya ilə münasibətlərin normallaşması üçün 4 şərt açıqlayıb

Türkiyənin Xarici İşlər Nazirliyindən Türkiyə ilə Suriya arasında normallaşma prosesi ilə bağlı açıqlama verilib.
Açıqlamada münasibətlərin 2011-ci ildən əvvəlki vəziyyətə qaytarılmasının yolunun 4 bənddən keçdiyi bildirilib.
Açıqlamadakı həmin bəndlər aşağıdakı kimidir:
– Suriyanın ərazi bütövlüyünü və birliyini qorumaq üçün onu terrorçulardan təmizləmək,
– Suriyanın BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində öz xalqının haqlı tələb və gözləntiləri əsasında öz xalqı ilə əsl milli barışığa nail olması,
– Bununla bağlı təhlükəsiz və layiq olduğu kimi qayıdış üçün lazımi şəraitin yaradılması,
– Humanitar yardımların fasiləsiz davam etdirilməsi.
Açıqlamada son olaraq deyilir: “Bu düşüncə bərqərar olaraq real addımlar atılarsa, Suriyanın rifahına, qonşu ölkələrin təhlükəsizliyinə və regional sabitliyə töhfə verə biləcək addımlara yol açılacaq”.