Türkiyə Suriyanın İdlib şəhərində terrorçulara silah satıb

Türkiyə Suriyanın İdlib şəhərində terrorçulara silah satıb

İdlib rifindəki yerli mənbələr Türkiyə ordusunun Təhriruş-Şam terrorçularına bir neçə yük maşını ilə daşınan silahlar satdığını bildirib.

Suriyanın şimal-qərbindəki İdlib rifindəki yerli mənbələr Türkiyə ordusunun Təhriruş-Şam terrorçuları ilə əməkdaşlıq etdiyini bildirib. Cəbhətun-Nusrə terror qruplaşması bu koalisiyanın əsas sütunudur.

Əl-Məyadin xəbər şəbəkəsi bu mənbələrə istinadən xəbər verir ki, bu yaxınlarda Təhriruş-Şam terrorçuları ilə türk zabitləri arasında silah alqı-satqısı əməliyyatı keçirilib.

Bu mənbələrin məlumatına görə, terrorçuların türk hərbçilərindən silah alması ilk dəfə deyil, amma bu dəfə bunu aşkar şəkildə həyata keçiriblər və “Əl-Mustəvmə” düşərgəsindən bir neçə yük maşını ilə silahlar çıxıb.

Mənbələrin bildirdiyinə görə, Türkiyə hərbçiləri düşərgəni öz hərbi bazası kimi istifadə edir. Yük maşınlarında Təhriruş-Şam bayraqları da olub və onlar düşərgəni tərk edərək İdlib şəhərinə istiqamət alıblar.

Mənbələrin məlumatına görə, bu yük maşınlarından bir neçə qutu sursat boşaldılan zaman terrorçuların Türkiyə hərbçilərindən silah aldığı məlum olub. Təhriruş-Şam ünsürləri də silahları çatdırmaq üçün yük maşınları keçərkən binaların damlarına yerləşdirilib.

Bir neçə gün əvvəl Suriyadakı Türkiyəyə bağlı terrorçular şiələrin məskunlaşdığı Nəbl və Əz-Zəhra qəsəbələrində yerli müdafiə şəhidlərinin dəfn mərasimini minaatan və raketlərlə hədəfə alıblar. Hücum nəticəsində bir suriyalı uşaq ölüb, bir uşaq isə yaralanıb.

Terrorçular Nəbl və Əz-Zəhra bölgələri arasında Suriya ordusunun yerli müdafiə qüvvələrini daşıyan mikroavtobusu hədəfə alıblar, onlardan 12-si ölüb, 14-ü isə yaralanıb.

Bu qüvvələr Hələb vilayətinin qərb hissəsindəki “Əyncarə” münaqişə nöqtəsindən transfer zamanı hədəfə alınıb.

Nəbl və Əz-Zəhra qəsəbələri Hələbdən 20 km şimal-qərbdə və Türkiyə sərhədindən 25 km məsafədə, 2013-2016-cı illərdə Suriya böhranı zamanı terrorçu qruplar tərəfindən mühasirəyə alınan Hələb-Türkiyə beynəlxalq avtomobil yolunun üzərində yerləşən iki mühüm şiə şəhəridir. .Orada qadın-kişi, qoca-cavan bütün çətinliklərə baxmayaraq, nəhayət Suriya ordusu və xalq qüvvələri tərəfindən azad edilənə qədər mərdliklə müqavimət göstərmişlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 5 =