Türkiyə və ABŞ rəsmiləri Qarabağdakı vəziyyəti müzakirə edib

Türkiyə və ABŞ rəsmiləri Qarabağdakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın, ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi Jeyk Sallivanla telefon danışığı keçirib.

Tərəflər iki dövlət arasındakı münasibətləri, Suriya, Liviya, Şərqi Aralıq dənizi, Kipr, Əfqanıstan, Dağlıq Qarabağdakı vəziyyəti, həmçinin COVID-19 pandemiyasına qarşı mübarizə və qlobal iqlim dəyişikliyi mövzularını müzakirə ediblər.

Söhbət əsnasında, önümüzdəki dövrdə Türkiyə ilə ABŞ arasında möhkəm, uzunmüddətli və konstruktiv münasibətlər modelini inkişaf etdirməklə bağlı istək ifadə edilib.

Onlar NATO ittifaqının gücləndirilməsi, regional və qlobal sülh və sabitliyin möhkəmləndirilməsi üçün addımların atılmasının vacibliyi barədə razılığa gəldilər.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 4 =