Türkiyə və Qazaxıstan prezidentləri Ankarada görüşdü


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevi 29 iyul tarixində Ankara şəhərindəki Beştəpə Prezident Kompleksində rəsmi mərasimlə qarşıladı. Törən zamanı dövlət liderlərinin milli marşları səsləndirildi, hərbi ehtiram nümayiş olundu və liderlər protokol qaydasında görüşdülər.
Ziyarət çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası keçirildi. Görüşlərdə ikitərəfli münasibətlər, regional təhlükəsizlik və iqtisadi əməkdaşlığın inkişafı müzakirə olundu. Ardınca bir sıra sənədlərin imzalanması mərasimi və ortaq mətbuat konfransı baş tutub.
Prezident Ərdoğan, həmçinin Prezident Tokayevə Türkiyə Cümhuriyyəti Dövlət Nişanı təqdim edərək ona rəsmi ziyafət təşkil edib.