Türkiyə və sionist rejimin Xarici İşlər nazirləri arasında telefon danışığı olub
Türkiyənin Xarici İşlər naziri sionist həmkarı ilə telefon danışığında sionist rejim Prezidentinin Ankaraya səfərinin hazırlıqlarını müzakirə edib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu sionist həmkarı Yair Lapidlə telefonla danışıb, İsrail prezidenti İshaq Hersoqun Türkiyəyə səfəri ilə bağlı tədbirləri müzakirə edib.
“Əl-Xəlicul-cədid” internet saytının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi açıqlamasında bildirib ki, Lapid kovidə yoluxan Çavuşoğluna can sağlığı arzulayıb.
Hersoqun 9 və 10 mart tarixlərində Türkiyəyə səfəri planlaşdırılır.
Fevralın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hersoqun Türkiyəyə gözlənilən səfərinin müsbət addım olduğunu və ikitərəfli münasibətlərə müsbət təsir edəcəyini bildirib.
Ərdoğan daha əvvəl sionist rejimlə Aralıq dənizinin şərqində qaz kəməri layihəsi üzərində işləməyə hazır olduğunu da açıqlamışdı.
Türkiyə ilə sionist rejim arasında münasibətlər 2010-cu ildən Qəzzə zolağına gedən Türkiyə dəniz karvanına sionist hərbçilərinin hücumu nəticəsində 10 türk mülki vətəndaşının öldürülməsindən sonra gərginləşmişdi. Tərəflər həmin dövrdən səfirlərini geri çağırmışdılar.