Türkiyə XİN İsrailin Qəzza zolağı ilə bağlı açıqlamasını qəbuledilməz adlandırıb

Türkiyə XİN İsrailin Qəzza zolağı ilə bağlı açıqlamasını qəbuledilməz adlandırıb

İsrail ordusunun Qəzzanın şimalında yaşayan Fələstin əhalisinin 24 saat ərzində Qəzzanın cənubuna çəkilməli olduğu barədə açıqlaması heç bir şəkildə qəbuledilməzdir.

İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin bəyanatında deyilir.

Qeyd olunub ki, İsrail tərəfinin bu tələbi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

“Biz İsraildən bu kobud səhvi dərhal aradan qaldırmasını və Qəzzada dinc əhaliyə qarşı amansız hərəkətlərinə dərhal son qoymasını gözləyirik”, – deyə XİN-nin bəyanatında vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × five =