Türkiyə XİN: Rusiya və Ukrayna arasında qarşıdurma təhlükəli həddə çatıb

Türkiyə XİN: Rusiya və Ukrayna arasında qarşıdurma təhlükəli həddə çatıb

Rusiya ilə NATO, eləcə də Ukrayna arasında qarşıdurma təhlükəli hal almağa başlayıb.

SalamNews xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Yeni Şafak qazeti yazır ki, eyni zamanda, Çavuşoğlu bu vəziyyətin fonunda Ankaranın Kiyevlə yaxın münasibətdən imtina etməsi ehtimalını rədd edib.

Sırf Rusiya ilə sıx münasibətlərimiz var deyə biz öz prinsiplərimizi və Ukrayna ilə yaxın münasibətlərimizi  görməzdən gələ bilmərik” – nazir məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, belə çətin şəraitdə Ankara öz təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi edəcək, lakin vəzifənin mürəkkəbliyinə baxmayaraq, diplomatiya belə məqsədlər üçün nəzərdə tutulub.

O, həmçinin xatırladıb ki, Türkiyə NATO-da ikinci ən böyük hərbi kontingentə malikdir və alyansın əməliyyat, missiyalarında beşinci ən mühüm iştirakçıdır. Çavuşoğlu vurğulayıb ki, bəzi ölkələrin Aİ-ni NATO-ya alternativ kimi təqdim etmək cəhdləri “qeyri-konstruktiv və real deyil”.

Bundan əlavə, nazir bildirib ki, beynəlxalq təhlükəsizlik vəziyyəti getdikcə qəlizləşir.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 10 =