Türkiyə XİN: Viza rejiminin sadələşdirilməsi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri daha da gücləndirəcək
Azərbaycan və Türkiyədə protokolun təsdiq prosesi başa çatıb, sənədə əsasən iki ölkə vətəndaşları yeni tipli şəxsiyyət vəsiqələri üzərində qarşılıqlı səfərlər edə biləcəklər. Sənəd, 10 dekabr 2020-ci ildə Türkiyə və Azərbaycan hökumətləri arasında imzalanıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Protokol 1 aprel 2021-ci ildə qüvvəyə minəcək.
“Beləliklə, iki ölkənin vətəndaşları sadəcə yeni şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər. 1 aprel 2021-ci ildə qüvvəyə minən yeni qaydalar ölkələrimiz arasındakı möhkəm qardaşlıq əlaqələrini daha da gücləndirəcək”, açıqlamada deyilir.
Salamnews