Türkiyə yaxınlığında güclü zəlzələ – Ölən və yaralanan var

Türkiyə yaxınlığında güclü zəlzələ – Ölən və yaralanan var

Egey dənizində, Türkiyə ilə Yunanıstan arasında 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət Türkiyənin İzmir, Muğla, Denizli, Manisa və Aydın vilayətlərində insanlar arasında panikaya səbəb olub.

Ölkənin daxili işlər naziri Ali Yerlikayanın məlumatına görə, hadisə nəticəsində 14 yaşlı qız həyatını itirib, 69 nəfər isə yaralanıb.

Onların əksəriyyəti zəlzələ zamanı yaşayış yerlərini tərk edərkən və eyvandan atlayarkən baş verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 15 =