Türkiyədə 700 illik “Tövrat” əlyazmasını avtomobildə daşıyanlar saxlanılıblar

Türkiyənin Kırşehir bölgəsində dəri üzərinə yazılmış 700 illik “Tövrat” əlyazması jandarm tərəfindən müsadirə edilib.
Bu barədə”Haber Global” xəbər verir.
Məlumata görə, Kırşehirin Akpınar rayonunda yolda yoxlama aparan jandarm qrupları şübhələndikləri avtomobili saxlayıb. Axtarış zamanı 14-cü əsrə aid olduğu güman edilən əlyazma tapılıb.
Dəri üzərində yazılmış və simvollarla bəzədilmiş “Tövrat”ın üz qabığı və səhifələri naxışlarla bəzənmiş olub, məzmunu isə ivrit dilində mətnlərdən ibarət olub.
Hadisə ilə bağlı avtomobilin sürücüsü və yanındakı şəxs saxlanılıb. Müsadirə edilən “Tövrat” Kırşehir Muzey İdarəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma davam edir.