Türkiyədə 8 ölkənin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir

Türkiyədə 8 ölkənin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir

Türkiyənin Qars əyalətində 8 ölkənin hərbçilərinin iştirakı ilə “Qış-2023” adlı hərbi təlim keçirilir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Gazetakars” nəşri məlumat yayıb.

Bildirilib ki, təlimlər Türkiyə Silahlı Qüvvələrinin 14-cü motoatıcı briqadasının bazasında üçüncü ordu korpusunun komandanlığı altında keçirilir.

Xatırladaq ki, təlimdə Azərbaycan hərbçiləri də iştirak edirlər.

Təlim fevralın 2-dək davam edəcək.

Qeyd edək ki, Qars əyaləti Türkiyə-Ermənistan sərhədində yerləşir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =