Türkiyədə ardıcıl zəlzələ baş verib- Azyaşlı Uşaq Dünyasını Dəyişdi!

Türkiyədə ardıcıl zəlzələ baş verib- Azyaşlı Uşaq Dünyasını Dəyişdi!

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:

Türkiyənin Egey bölgəsi güclü seysmik aktivlik yaşayır. AFAD məlumatlarına görə, bu gün Girit adası yaxınlığında 5.0 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar saat 14:26-da qeydə alınıb və bölgədə narahatlığa səbəb olub.Bundan əlavə, Marmaris yaxınlığında da güclü zəlzələ baş verib. 5.8 bal gücündə olan bu təkan gecə saatlarında Aralıq dənizində qeydə alınıb. Zəlzələnin episentri Marmarisin 10.43 kilometr açığında, 67.91 kilometr dərinlikdə olubZəlzələ Antalya, İzmir, Aydın, Muğla, Bursa, Manisa, Kütahya və Denizli bölgələrində hiss edilib. Panikaya düşən insanlar evlərini tərk ediblər.

Fethiye bölgəsində isə faciə yaşanıb beləki,14 yaşlı Afra Nur Günlü zəlzələ zamanı panik atak keçirərək həyatını itirib.Türkiyə hakimiyyəti bölgədə araşdırmalara başlayıb. AFAD və digər qurumlar zəlzələnin təsirlərini qiymətləndirir. Seysmoloqlar bu ardıcıl təkanların bölgədəki tektonik aktivliklə bağlı olduğunu bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 15 =