Türkiyədə avtobus dərəyə aşıb, 20 nəfər yaralanıb

Türkiyədə avtobus dərəyə aşıb, 20 nəfər yaralanıb

Türkiyənin Elazığ şəhərində avtobus dərəyə aşıb, 20 nəfər yaralanıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Elazığ-Malatya yolunda qeydə alınıb.

Məlumata görə, qəzanın səbəbi sürücünün idarəetməni itirməsi olub.

Hadisədən dərhal sonra qəza yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Yaralılardan 4-ü Malatya, 16-sı isə Elazığ Şəhər Xəstəxanasına çatdırılıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 − 1 =