Türkiyədə avtobus qəzaya uğrayıb, 25 nəfər yaralanıb

Türkiyədə avtobus qəzaya uğrayıb, 25 nəfər yaralanıb

Türkiyənin Kayseri şəhərində sərnişin avtobusu qəzaya uğrayıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 25 nəfər yaralanıb.

Onlardan 3-nün durumu ağırdır.

Məlumata görə, yağışlı havada sürücü idarəetməni itirib və nəticədə qəza baş verib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =