Türkiyədə azərbaycanlı qadın öldürüldü

Türkiyədə azərbaycanlı qadın öldürüldü

Türkiyədə Azərbaycan əsilli Təranə Yaman adlı qadın ov tüfəngi ilə öldürülüb.

45 yaşlı qadın ailəvi dostlarının evində ölmüş vəziyyətdə tapılıb.

Hadisə Türkiyənin Nevşehir vilayətinin Avanos qəsəbəsində qeydə alınıb. Təranə Yamanın iki uşaq anası olduğu bildirilir. O, dünən hadisənin baş verdiyi Avanos qəsəbəsinə gedib. Burada ailəvi dost olduğu Duran A. ilə görüşüb. Sonra Duran A. da yoxa çıxıb. Onun Kayseridə qatar vurması nəticəsində öldüyü məlum olub.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =