Türkiyədə Baş Prokurorluğ müxalifət Partiyasının Lideri Özgür Özel haqqında istintaq başladıb!


Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Türkiyənin Baş Prokurorluğu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel barəsində istintaq başladığını açıqlayıb.
İstintaq, Özelin Gaziosmanpaşa mitinqində İstanbul Respublika Baş Prokuroru Akın Gürlek barədə səsləndirdiyi fikirlərlə əlaqədardır. Özelə məhkəmə vəzifəsini yerinə yetirən şəxsi vəzifəsini icra etməsinə mane olmaq məqsədilə təhdid etmək və dövlət vəzifəlisinə vəzifəsi ilə bağlı açıq şəkildə təhqir maddələri üzrə ittiham irəli sürülüb.
Bu istintaq, son aylarda Türkiyədə müxalifət nümayəndələrinə qarşı artan hüquqi təzyiqlərin davamı kimi qiymətləndirilir. Xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digər müxalif siyasətçilərin həbsi ölkədə siyasi gərginliyi artırıb. İmamoğlu mart ayında korrupsiya və çirkli pulların yuyulması ittihamları ilə saxlanılmışdı və bu hadisə geniş etirazlara səbəb olmuşdu.
Ədliyyə naziri Yılmaz Tunç Özelin sözlərini məhkəməyə təhdid, hüquq dövlətinə açıq hücum kimi qiymətləndirərək bu kimi açıqlamaların qəbuledilməz olduğunu bildirib. Müxalifət isə bu istintaqları siyasi motivli hesab edir və hökumətin müxalifət liderlərini susdurmağa çalışdığını iddia edir.
İstintaqın gedişatı yaxın günlərdə daha da aydınlaşacaq. Özgür Özelin ittihamlara cavabı isə yaxından izlənilir.