Türkiyədə baş verən zəlzələdə deputatın ailəsi dağıntılar altında qaldı -VİDEO

Türkiyədə baş verən zəlzələdə deputatın ailəsi dağıntılar altında qaldı -VİDEO

Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadları davam edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, türk deputat Hüseyn Yaymanın ailəsi dağıntıların altında qalıb.

AK Partiya Hatay millət vəkili Hüseyn Yayman baş verən zəlzələnin çox şiddətli olduğunu və ailə üzvlərinin dağıntılar altında qaldığını bildirib. 

Onun sözlərinə görə, bu cür böyük bir zəlzələ axırıncı dəfə 500 il bundan əvvəl baş verib:

“İki qardaşım, onların həyat yoldaşları, bacım, baldızım və uşaqları dağıntılar altında qalıb. Yollarda çatlar var, hamı səfərbər olub. Saysız-hesabsız dağılan binalar var. Zəlzələ Kahramanmaraşda 7 bal gücündə olsa da, amma Hatayda daha şiddətli hiss olundu. Bizdə çoxlu dağıntılar var”.

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 2 =