Türkiyədə boya fabrikində yanğın olub, 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Türkiyədə boya fabrikində yanğın olub, 3 nəfər ölüb, 9 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda boya və lak istehsalı fabrikində baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” “TRT HAber”ə istinadən xəbər verir ki, bu barədə Tuzla rayon bələdiyysinin sədri Şadi Yazıçı bildirib.

Qeyd olunub ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır. Bələdiyyə sədrinin sözlərinə görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib və yanğın nəzarət altına alınıb.

Yanğının səbəbləri araşdırılır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 4 =