Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdır

Türkiyədə deputat avtomobil qəzasına uğrayıb, vəziyyəti ağırdır

Türkiyənin Xalqların Demokratik Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup rəhbəri deputat Meral Danış Beştaş Ərzurumda avtomobil qəzasına uğrayıb.

“Report” DHA-ya istinadən xəbər verir ki, türkiyəli siyasətçinin vəziyyəti ağırdır.

Bakı vaxtı ilə 22:00 radələrində buzlu yol səbəbindən avtomobilin sürüşərək kənara çıxması nəticəsində deputatla yanaşı adı məlum olmayan partiya üzvü və sürücü yaralanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 20 =