Türkiyədə güclü leysan: Ölən və itkin düşənlər var
Publika.az xəbər verir ki, NTV kanalının efirində Şanlıurfa vilayətinin İcra başçısı Salih Ayhan bildirib ki, vilayətdə dörd yerli sakin ölüb.
Hazırda vilayətə leysan yağışları yağır, şəhərlərin küçələrini palçıqlı su basıb. Hakimiyyət insanlardan, su basmış evlərdə qalmamağı xahiş edir.
Bundan başqa, ölkənin cənub-şərqində baş verən zəlzələlərdən sonra salınan çadır və konteyner şəhərciklərinin yerləşdiyi ərazilərdə də ciddi daşqınlar qeydə alınıb.
Publika.az