Türkiyədə GÜCLÜ YANĞIN: partlayışlar baş verir

Türkiyədə GÜCLÜ YANĞIN: partlayışlar baş verir

Bu barədə Publika.az “CNN Türk”ə istinadla xəbər verir .

“Saat 12:30 radələrində Dənizli-Afyonkarahisar avtomobil yolunun 100 metrliyində yerləşən kimya zavodunda yanğın baş verib. Yanğın yerində vaxtaşırı partlayışlar baş verib”, – məlumatda deyilir.

Şirkətin əməkdaşlarının təxliyə edildiyi qeyd edilir. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib. Onlar alovun yayılmasının qarşısını almağa çalışırlar.

Hazırda yanğının səbəbi məlum deyil.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 15 =