Türkiyədə helikopter qəzaya uğrayıb, ölən var

Türkiyədə helikopter qəzaya uğrayıb, ölən var

Türkiyədə yanğınsöndürmə helikopter qəzaya uğrayıb.

TurkicWorld-un məlumatına görə, Türkiyənin Marmaris şəhərində yanğınsöndürmə işlərinə dəstək vermək üçün Kastamonudan yola düşən yanğınsöndürmə helikopteri qəzaya uğrayıb.

Məlumata görə, qəza nəticəsində dörd nəfər yaralanıb, bir nəfər isə vəfat edib.

Qeyd edək ki, bu gün Marmarisdə meşəlik bölgədə yanğın başlayıb. Küləyin təsiri ilə böyüyən alovlara qurudan və havadan müdaxilələr davam edir.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =