Türkiyədə İŞİD-i maliyyələşdirən şəxslər həbs edilib

Türkiyədə İŞİD-i maliyyələşdirən şəxslər həbs edilib

Türkiyə Kəşfiyyat Xidməti (MİT) İŞİD terror qruplaşmasının 3 maliyyə və logistika məmurundan ibarət şəbəkəni həbs etdiyini açıqlayıb.

İstanbul, Ankara və Mersində eyni vaxtda keçirilən əməliyyatlarda tunisli Mahmud Cibran, livanlı Məhəmməd Mehdi Əldinə və suriyalı Həssam Əl-Hamidi həbs edilib.

Bu şəxslərin Suriyadakı İŞİD komandirləri ilə əlaqəsi olub və onları Türkiyədə maliyyələşdirmək üçün şəbəkə qurublar.

İŞİD-ə qoşulmaq istəyənləri də “Miqrasiya İdarəsi” adı ilə Türkiyə ərazisindən keçiriblər.

Son üç il ərzində Türkiyə təhlükəsizlik qüvvələri İŞİD də daxil olmaqla ölkənin müxtəlif şəhərlərində yerləşən terror ünsürlərinin həbsi üçün Ankara və İstanbulda çoxsaylı əməliyyatlar həyata keçirib.

İraq və Suriyada İŞİD terror qruplaşmasının güclənməsindən sonra Qərb ölkələri Türkiyəni İŞİD-dən Suriya hökumətini devirmək üçün bir alət kimi istifadə etməkdə günahlandırıblar. Türkiyə bu ünsürləri Suriyaya köçürmək və onların səyahətinə icazə vermək üçün sərhədlərini açmışdı. Ancaq Türkiyə rəsmilər İŞİD-ə qarşı bir sıra əməliyyatlar həyata keçirdiklərini bildirərək, bu iddiaları təkzib ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + fifteen =