Türkiyədə mədən partlayışı ilə bağlı 25 nəfər saxlanılıb
Bartın vilayətində baş verən mədən partlayışı ilə bağlı 25 şübhəli saxlanılıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Bartın Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 14-də Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb, çox sayda insan xəsarət alıb.
Apa.az