Türkiyədə mədəndə ölənlərin sayı 41-ə çatdı
Publika.az xəbər verir ki, “Son Dakika” məlumat yayıb.
“Əgər məsul şəxslər varsa, məhkəmə orqanları tərəfindən üzə çıxarılacaq. Biz ilk növbədə ailələrə öz dəstəyimizi verəcəyik. Biz də dövlət olaraq etməli olduğumuz yardım və dəstəyi verəcəyik”, – Ərdoğan deyib.
Türkiyə lideri axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, Türkiyənin Bartin vilayətində kömür mədənində bu gecə partlayış baş verib.
Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil transformator qəzasının partlayışa səbəb olduğunu bildirib. O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.
Publika.az