Türkiyədə meşə yanır

Türkiyədə meşə yanır

Türkiyənin Balıkesir şəhərinin Dursunbay rayonunda açıq ərazidə başlanan yanğın meşəyə keçib.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, əraziyə bir helikoper, üç təyyarə və digər texniki vasitələr, həmçinin yüz nəfərlik şəxsi heyət cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =