Türkiyədə ölkəyə daxil olmaq üçün elektron anketlərin doldurulması tələbi qüvvəyə minib

Türkiyədə ölkəyə daxil olmaq üçün elektron anketlərin doldurulması tələbi qüvvəyə minib

Türkiyə hökumətinin ölkəyə gələn bütün sərnişinlərin sağlamlıq kodunu (HES code) almaq üçün elektron anket doldurması tələbi bazar ertəsi günü qüvvəyə minib. 

Bunu Türkiyə Səhiyyə Nazirliyinin nümayəndəsi açıqlayıb.

“Bəli, bu gündən etibarən ölkəmizə gələn bütün sərnişinlər girişdən əvvəl 72 saatdan çox olmamaq şərti ilə veb saytdakı formanı doldurmalıdırlar. Bundan sonra onlara avtomatik olaraq fərdi “HES kodu” veriləcək”, açıqlamada deyilir.

Məlumata görə, bu kodun köməyi ilə “Türkiyə Səhiyyə Nazirliyinin əməkdaşları səfər zamanı  COVID-19 xəstələri ilə əlaqə qurduqları müəyyən olunan ziyarətçilərlə əlaqə qura biləcək.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × five =