Türkiyədə Qəzzəyə dəstək aksiyası

Türkiyənin İstanbul və digər şəhərlərində Qəzzə xalqına dəstək aksiyaları keçirilir.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Türkiyənin İstanbul və digər şəhərlərində bu gün (31 may) “Qəzzə üçün beynəlxalq qəzəb günü” devizi altında İsrail rejiminə etiraz aksiyaları təşkil olunub.
Qəzza zolağında davam edən soyqırımı pisləmək və bölgədə davam edən qırğınlara etirazlarını bildirmək üçün minlərlə türk xalqı və Fələstin xalqının tərəfdarı İsrailin İstanbuldakı konsulluğu qarşısına toplaşıb.
Məlumata görə, bu aksiyalar Həmasın “Qəzzaya Beynəlxalq Qəzəb Günü” elanı ilə eyni zamanda Anadolu Gənclik Dərnəyinin dəvəti və Türkiyənin onlarla vətəndaş cəmiyyəti təşkilatının koordinasiyası ilə İstanbul, Ankara, Konya, Diyarbəkir və digər şəhərlərdə keçirilib.