Türkiyədə qasırğa nəticəsində bir nəfər ölüb, 50-i yaralanıb
Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda güclü qasırğa olub.
APA yerli mediaya istinadən xəbər verir ki, qasırğa, fevralın 6-da baş vermiş zəlzələdən zərərçəkənlərin müvəqqəti qaldığı çadırlara ciddi ziyan vurub.
Qeyd edilir ki, zəlzələ zamanı zərərçəkmiş binaların damlarından düşən daş parçaları insan itkisinə və bəzi sakinlərin xəsarət almasına səbəb olub.
Əraziyə təcili yardım və xilasetmə qrupu göndərilib, yaralılar xəstəxanalara aparılıb.
Səhiyyə naziri Fahrettin Koca Kahramanmaraşda fırtına nəticəsində 1 nəfərin öldüyünü, 50 nəfərin yaralandığını bildirib.
Apa.az