Türkiyədə qeyri-adi hadisə: Açarı içəridə unudan şəxs binanın fasadında asılı qaldı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Hatayın İskenderun rayonunda yaşayan bir şəxs evinin açarını içəridə unutduqdan sonra mənzilinə girmək üçün qeyri-adi üsula əl atıb. O, binanın terasından kəndirlə aşağı sallanıb. Lakin kəndir qısa gəldiyi üçün binanın fasadında bir ayağından asılı vəziyyətdə qalıb.
Hadisəni görən sakinlər dərhal yanğınsöndürənlərə xəbər veriblər. Xilasetmə qrupları kəndiri kəsərək onu təhlükəsiz şəkildə yerə endiriblər. Şəxs ayağında yaranan zədələr səbəbindən xəstəxanaya aparılıb.