Türkiyədə qırmızı kodlu xəbərdarlıq! Məktəblər bağlandı
Türkiyənin Antalya bölgəsində əhaliyə qırmızı kodlu xəbərdarlıq edilib.
Sinoptiklər ərazidə hava şəraitinin kəskin pisləşəcəyini proqnozlaşdırıblar.
Dekabrın 30-da əyalətdə xüsusilə güclü leysan yağışları gözlənilir.
Xəbərdarlıqla bağlı artıq Kəmər, Qumluca və Finike rayonlarında ibtidai və orta məktəblərdə təhsil dayandırılıb. Tədris prosesindəki fasilənin yalnız bir gün olacağı bildirilib.
Mənbə: “Haber Global”