Türkiyədə seçkidən öncə ABŞ-dan şok addım – Hərbi bazalar açıldı

Türkiyədə seçkidən öncə ABŞ-dan şok addım – Hərbi bazalar açıldı



Publika.az
 xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, PKK liderləri seçkidən öncə Türkiyə kəşfiyyatının onların hamısını məhv edə biləcəyindən qorxurlar. Terrorçular bildirir ki, son günlər Türkiyə ordusu və kəşfiyyatının onlara qarşı hücumları intensivləşib.

“Siyahı var və bu siyahıya uyğun olaraq, bir-bir aradan götürürlər”, – PKK liderləri deyir.

Onların əsas qorxusu budur ki, 14 may seçkisinə qədər Türkiyə Milli İstihbarat Təşkilatı PKK rəhbərliyindəki əsas şəxslərin hamısını məhv etsin. Bu məqsədlə onların ABŞ-ın Suriya və İraqdakı qüvvələrindən kömək istədiyi haqda məlumatlar var.

Son məlumata görə, ABŞ öz hərbi bazalarının qapılarını PKK terrorçularına açıb. 700-ə yaxın terrorçunun Suriyadan bu bazalara daşındığı deyilir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =