Türkiyədə sel fəlakəti-Avtobilləri sel apardı! (Video İzlə)
Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Türkiyənin Osmaniye vilayətinin Kadirli ilçəsində güclü yağışlar nəticəsində sel fəlakəti baş verib. Bülbül Deresi daşaraq ətraf əraziləri su altında qoyub. Selin gücü o qədər yüksək olub ki, 8 avtomobil axına qapılaraq sürüklənib. Hadisə zamanı bir avtomobilin sel sularına qapıldığı görüntülər bölgədə yaşayan sakinlər tərəfindən qeydə alınıb. Rəsmi qurumlar bildirir ki, 310 xilasedici və 72 texnika hadisə yerində çalışır.Xoşbəxtlikdən, can itkisi qeydə alınmayıb, lakin evlərin zərər görməsi və nəqliyyatın iflic olması bölgədə ciddi problemlərə səbəb olub. Səlahiyyətli qurumlar hadisənin nəticələrini araşdırır və təhlükəsizlik tədbirləri görülür. Yeni məlumatlar daxil olduqca sizə təqdim edəcəyik.