Türkiyədə Xaşeqçinin qətlində şübhəli bilinən şəxslərin məhkəməsinin dayandırılması ehtimalı var

Türkiyədə Xaşeqçinin qətlində şübhəli bilinən şəxslərin məhkəməsinin dayandırılması ehtimalı var

Türkiyə prokuroru məhkəmədən Camal Xaşeqçinin qətlində şübhəli bilinən səudiyyəlilərin qiyabi mühakiməsinin dayandırılmasını və işin Ər-Riyad səlahiyyətlilərinə verilməsini istəyib.

Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfərin mümkünlüyü ilə bağlı son açıqlamalarından sonra, bu gün (cümə axşamı) türk prokuroru məhkəməni səudiyyəli jurnalist Camal Xaşeqçinin qətlində şübhəli bilinənlərin qiyabi məhkəmə prosesini dayandırmağa çağırıb.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı tənqid edən jurnalist Camal Xaşeqçi 2018-ci ilin oktyabrında Ər-Riyadın İstanbuldakı konsulluğunda vəhşicəsinə qətlə yetirilib. Sui-qəsdə cavab olaraq Ankara rəsmiləri cinayətkarları mühakimə etmək üçün qiyabi məhkəmə çağırıb və bu, digər məsələlərlə yanaşı, Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında münasibətləri ciddi şəkildə gərginləşdirib.

ABŞ hökuməti qətllə bağlı hesabatında bunun Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın birbaşa göstərişi ilə həyata keçirildiyini bildirib.

Reuters-in İstanbuldan verdiyi xəbərə görə, türk prokuroru Türkiyə məhkəməsindən Xaşgeçinin qətlinin səbəbkarlarının mühakiməsinin dayandırılmasını və işin Ər-Riyad hakimiyyətinə təhvil verilməsini istəyib.

Məhkəmə bu tələbə cavab olaraq Türkiyə Ədliyyə Nazirliyinin rəyini alacağını açıqlayıb. Məhkəmənin növbəti iclası aprelin 7-nə təyin edilib.

Ölkəsi ağır iqtisadi vəziyyətdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son vaxtlar Körfəz ərəb ölkələri ilə inteqrasiya səylərinə başlayıb və Türkiyənin Səudiyyə Ərəbistanı ilə əlaqələrini gücləndirmək istəyini də bildirib.

Səudiyyəli yazıçı və siyasi analitik Səd Abdullah Əl-Hamid Ərdoğanın yeni mövqeyi ilə bağlı deyib: “Türkiyənin xarici siyasətində böyük dəyişiklik oldu. Bir növ, Ərdoğan bu ölkənin daxili vəziyyətinə təsir edən pis iqtisadi vəziyyətə görə vəziyyəti dəyişməyə çalışır.”

Bununla bağlı səudiyyəli politoloq Yəhya Ət-Təliti də vurğulayıb: “Səudiyyə-Türkiyə münasibətlərinin həllinin mümkünlüyünə işarə edən çoxlu əlamətlər var, lakin Türkiyə Ər-Riyadın maraqları ilə bağlı məsələlərdə xoşməramlılıq nümayiş etdirməlidir.”

Bu günlərdə Türkiyə prezidenti BƏƏ-də olub. Bu, onun on ildə Əbu-Dabiyə ilk səfəri idi. Ərdoğan həmçinin bildirib ki, Türkiyənin Körfəz ölkələri ilə münasibətləri “yeni mərhələyə” daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 3 =