Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb – YENİLƏNİB-2

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb – YENİLƏNİB-2

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbakırda çıxışı zamanı məlumat verib.  

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.

15:25

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 937 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

09:44

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 80 088 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − thirteen =