Türkiyədə zəncirvari qəzadə 7 nəfər ölüb, 7 nəfər yaralanıb

Türkiyədə zəncirvari qəzadə 7 nəfər ölüb, 7 nəfər yaralanıb

Türkiyədə ağır yol qəzası olub.

APA xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb.

Adana-Pozantı magistralında Ankara istiqamətində hərəkətdə olan TIR qəfil alışmağa başlayıb.

Yanğınsöndürənlərin müdaxiləsi zamanı yolda zəncirvari qəza baş verib.

Hadisə yerinə yaxın ərazidə 2 yük maşını, TIR, 4 avtomobil və iki polis maşınının iştirakı ilə zəncirvari qəza olub.

Qəza zamanı 7 nəfər ölüb, 7 nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 6 =