Türkiyəli nazir İsrailin fələstinlilərə zülmündən danışdı

Türkiyəli nazir İsrailin fələstinlilərə zülmündən danışdı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, çərşənbə günü Toqolu həmkarı ilə keçirdiyi mətbuat konfransında, İsraildə yaranacaq yeni hökumətlə Türkiyə arasındakı münasibətlərdən bəhs edərkən deyib: “Hökuməti kimin qurması mühüm deyil, qurulan hökumətin hansı siyasəti yürütməsi əsasdır.”

O, əlavə edib: “İsraildə qurulacaq hər hansı bir hökumət bizimlə normal münasibət qurmaq istəyirsə, ilk növbədə səhv siyasətlərdən əl götürməlidir. Fələstinlilərə qarşı hücumları dayandırmalı, həmçinin Fələstində iki dövlətli həll yoluna mane olacaq addımlardan çəkinməlidir.”

Türkiyə Xarici İşlər Naziri sülh prosesinin yenidən dirçəldilməli olduğunu bildirərək deyib: “İsrail son vaxtlar qanunsuz olaraq yaşayış məskənlərini artırmış və Fələstin ərazilərini işğal etmişdir. İsrail qanunsuz məskunlaşma siyasətindən əl götürməlidir.”

Çavuşoğlu sözünə belə əlavə edib: “İsrail həmçinin Qüdslə bağlı aşınma siyasətini də dayandırmalıdır. Bu siyasətlər davam edərsə, sağlam bir əlaqəyə malik olmaq mümkün olmayacaqdır. İsrail sülh prosesinə qayıdarsa və fələstinlilərin hüquqlarına hörmət edərsə, o zaman yalnız bizimlə deyil, hər kəslə daha sağlam bir əlaqəyə malik ola bilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 2 =