Türkiyənin ABŞ-dakı səfirindən qəribə açıqlamalar: İsrail və Türkiyə oxşar regional təhlükələrlə üz-üzədir

Türkiyənin ABŞ-dakı səfirindən qəribə açıqlamalar: İsrail və Türkiyə oxşar regional təhlükələrlə üz-üzədir

Türkiyənin Vaşinqtondakı səfirinin sözlərinə görə, sionist rejim və Türkiyə oxşar regional təhlükələrlə üz-üzədir.

 “Associated Press”in məlumatına görə, Həsən Murad Mərcan Diane Universitetinin Strateji Araşdırmalar Mərkəzinə bağlı “Turky Scope” jurnalında dərc olunan məqaləsində Türkiyə ilə sionist rejim arasında təhlükəsizlik və enerji əməkdaşlığının zəruriliyinə təkid edərək idda edib: “Hər iki ölkə bədxah regional aktorların təhdidi ilə üz-üzədir.”

Yüksək səviyyəli türk diplomat Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının qurucularından biridir və Prezident Rəcəb Tayyib Ərdoğanla yaxın əlaqələrə malikdir.

O, İranın adını açıq şəkildə çəkməyib, lakin bəzi İsrail və ərəbdilli media bu sözləri Türkiyənin Vaşinqtondakı səfirinin İrana sətiraltı işarəsi kimi qiymətləndirib. 2008-ci ildə o, açıq şəkildə İranın nüvə proqramının Türkiyə üçün təhlükə olduğunu iddia etmişdi.

O, “Optimizm hökm sürməlidir” məqaləsində, terrorizmlə mübarizədə İsrail və Türkiyə arasında əməkdaşlığın zəruriliyini vurğulayaraq, “bədxah regional aktorların” onlar arasında qarşılıqlı əlaqəni təhdid etdiyini bildirib.

Səfir yazıb: “Adi əməkdaşlıq spesifik məsələlər və müddəti bitmiş təhlükələrə və ya məqsədlərə qarşıdır; Amma qonşuluqdan başqa, onların da ortaq tarixi və gələcəyi var.”

Ötən ay İsrail Prezidenti İshaq Hersoqun Ankaraya səfəri ilə Ankara ilə sionist rejim arasında münasibətlər son aylarda yaxşılaşıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrailin Baş naziri Naftali Bennetin yaxın vaxtlarda ölkəyə səfər edəcəyini açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 − 7 =