Türkiyənin Alaçatı bölgəsində 48 saatdir davam edən yanğın kameralar tərəfindən qeydə alındı! (Video İzlə)

Sizinyol xarici KİV-ə istinadən xəbər verir:
Türkiyənin məşhur turizm bölgələrindən biri olan Alaçatıda son 48 saat ərzində davam edən meşə yanğını böyük narahatlığa səbəb olub. Alovların geniş əraziyə yayılması nəticəsində ətrafdakı sakinlər təxliyə edilib, bölgədəki bir neçə ərazi isə təhlükə altındadır.
Hadisə anlarını əks etdirən görüntülər sosial mediada sürətlə yayılıb və geniş əks-səda doğurub. Yanğınla mübarizə məqsədilə havadan və qurudan müdaxilələr davam edir. Rəsmi qurumlar ictimaiyyəti ehtiyatlı olmağa və təxliyə çağırışlarına əməl etməyə çağırır.